Futbol üzrə dünya çempionu vəfat edib

Futbol üzrə dünya çempionu vəfat edib İngiltərə millisinin tərkibində futbol üzrə dünya çempionu olmuş Nobbi Staylz 79 yaşında vəfat edib.
Futbol
31 Oktyabr , 2020 14:35
Futbol üzrə dünya çempionu vəfat edib

İngiltərə millisinin tərkibində futbol üzrə dünya çempionu olmuş Nobbi Staylz 79 yaşında vəfat edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, veteran futbolçunun ölümünə xərcəng xəstəliyi səbəb göstərilib.

Keçmiş yarımmüdafiəçi “Mançester Yunayted”in yetirməsi idi. O, “qırmızı şeytanlar"ın heyətində iki dəfə İngiltərə çempionu, 1966-cı ildə İngiltərə millisinin tərkibində dünya birincisi, 1968-ci ildə Avropa çemionatının bürünc mükafatçısı olub. 1989 - 1993-cü illərdə “Mançester Yunayted”in məşqçilər korpusunda çalışmış Staylz 2000-ci ildə Britaniyanın İmperiya Ordeninə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi