Dünya çempionu Sloveniya klubunun baş məşqçisi təyin olunub

Dünya çempionu Sloveniya klubunun baş məşqçisi təyin olunub İtaliya milli komandasının və Yuventusun sabiq futbolçusu Mauro Kamoranezi Sloveniya Taboruna baş məşqçi təyin olunub.
Futbol
4 Yanvar , 2020 12:42
Dünya çempionu Sloveniya klubunun baş məşqçisi təyin olunub

İtaliya milli komandasının və "Yuventus"un sabiq futbolçusu Mauro Kamoranezi Sloveniya "Tabor"una baş məşqçi təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssislə 2021-ci ilin iyununadək müqavilə bağlanılıb. Komandanın sabiq baş məşqçisi Almir Süleymanoviç isə fəaliyyətini Kamoranezinin köməkçisi kimi davam etdirəcək.

İtaliyalı mütəxəssisin son iş yeri 2016-2017-ci illərdə Meksika "Kafetaleros"u olub. 2006-cı ilin dünya çempionu "Koras de Tepik" və "Tiqre"yə də rəhbərlik edib.

Qeyd edək ki, "Tabor" Sloveniyanın yüksək liqasına ötən mövsümün yekununda yüksəlib və hazırda 8-ci yerdə gedir. Çempionatın lideri isə "Olimpiya"dır. 

Son xəbərlər

Orphus sistemi