Dünya çempionatlarının rekordçusu futbolçu karyerasını başa vurub

Dünya çempionatlarının rekordçusu futbolçu karyerasını başa vurub Bakı. 22 iyul. REPORT.AZ/ Mekskalı məşhur futbolçu Rafael Markes karyerasını bitirməyə qərar verib.
Futbol
22 İyul , 2018 14:59
Dünya çempionatlarının rekordçusu futbolçu karyerasını başa vurub

Bakı. 22 iyul. REPORT.AZ/ Mekskalı məşhur futbolçu Rafael Markes karyerasını bitirməyə qərar verib. 

"Report"un məlumatına görə, 39 yaşlı müdafiəçi bu barədə şəxsi "Twitter" səhifəsində yazıb.

Markes 22 illik karyerası ərzində yerli "Atlas" və "Leon"la yanaşı, Fransanın "Monako", İspaniyanın "Barselona", ABŞ-ın "Nyu-York Red Bullz" və İtaliyanın "Verona" kimi klublarında çıxış edib. O, "Barsa"nın heyətində 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə Super Kuboku, 2 dəfə Çempionlar Liqası və hərəyə bir dəfə İspaniya Super Kuboku, UEFA Super Kuboku və klublararası dünya çempionluğu əldə edib.

Markes Rusiyadakı dünya çempionatında rekord müəyyənləşdirib. O, 5 mundialda çıxış edən yeganə futbolçu olub.

Son xəbərlər

Orphus sistemi