Dünya çempionatları tarixinin ən yaşlı qapıçısı karyerasını bitirdi

Dünya çempionatları tarixinin ən yaşlı qapıçısı karyerasını bitirdi Misirli qapıçı Essam əl-Hadari 47 yaşında karyerasını başa vurub.
Futbol
638
24 İyul , 2020 15:55
Dünya çempionatları tarixinin ən yaşlı qapıçısı karyerasını bitirdi
Essam əl-Hadari

Misirli qapıçı Essam əl-Hadari 47 yaşında karyerasını başa vurub. 

"Report"un məlumatına görə, bu barədə təcrübəli qolkiperin özü açıqlama verib.

O, futboldan gedişini ikinci həyat yoldaşından ayrılması kimi dəyərləndirib. Bir daha yaşıl meydanlara dönməyəcəyini deyən Əl-Hadarinin fikrincə, bütün futbol sistemi səhvlərlə doludur, klub rəhbərləri isə bir-birilərinə hücum edirlər: "Qoy oyunçulara Allahın özü kömək olsun. Futbol keçmişimə əvəz olunacaq bir şeyim yoxdur. Misirdə məndən yaxşı qapıçı yox idi. Yalnız Nader əl-Sayedin oynamağa başladığı 1998-ci ildən sonra ehtiyat oyunçular skamyasında oturdum". 

Qeyd edək ki, təcrübəli qapıçının son klubu "Noqum" olub. Avropada isə o, 2008/2009 mövsümündə İsveçrə "Syon"unun formasını geyinib. Essam əl-Hadari 7 qat Misir çempionu, ölkə kubokunun 4 qat sahibi, Superkubokun və Afrika Çempionlar Liqasının qalibidir. O, Misir millisinin heyətində 4 dəfə Afrika Millətlər Kubokunu, "Syon"da isə İsveçrə Kubokunu əldə edib. Əl-Hadari 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı zamanı Səudiyyə Ərəbistanı ilə görüşdə 45 yaş 161 günündə meydana çıxıb. 1:2 hesabı ilə uduzduqları qarşılaşmada penaltini dəf etmiş qapıçı mundiallar tarixinin ən yaşlı oyunçusu ünvanına sahib çıxıb.       

Son xəbərlər

Orphus sistemi