Bakı. 23 iyun. REPORT.AZ/ İspaniya millisinin futbolçuları Jerar Pike və İsko Rusiyadakı dünya çempionatında oyun zamanı quşu xilas etdikləri üçün mükafatlandırılacaqlar.
"Report"un məlumatına görə, onlar heyvan hüquqları uğrunda mübarizə aparan "İnsanlar heyvanlarla etik rəftarı dəstəkləyir" (PETA) təşkilatından mükafat alacaqlar.
İranla oyunun ilk yarısında təsirli səhnə yaşanıb. Kiçik quş meydanın mərkəzində otun üstünə düşüb. Bunu Pike və İsko nəzərdən qaçırmayıb. Onlar quşu qazondan götürərək meydandan kənara qoyublar.
Qeyd edək ki, Kazandakı eyniadlı arenada keçirilmiş görüş İspaniyanın qələbəsi ilə yekunlaşıb - 1:0.