Dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 13-ə çatıb

Dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 13-ə çatıb Kosta Rika qrupda ikinci yerin sahibi kimi mundiala yollanmaq hüququ qazanıb
Futbol
8 Oktyabr , 2017 13:27
Dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 13-ə çatıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ölkələrin sayı 13-ə çatıb.

"Report"un məlumatına görə, Kosta Rika yığması Şimali Amerika zonası üzrə seçmə mərhələ matçında Hondurasa məğlubiyyətdən uzatma dəqiqələrində qurtulub.

1:1 hesablı heç-heçə bu komandaya qrupda ikinci yerin sahibi kimi mundiala yollanmaq hüququ verib. Qrup qalibi isə Meksika olub. Kosta Rika tarixində 5-ci dəfə dünya çempionatında mübarizə aparacaq. Son turda üçüncü vəsiqənin, eləcə də Asiya təmsilçisi (Avstraliya və ya Suriya) ilə "play-off" matçında üz-üzə gələcək komandanın adı müəyyənləşəcək.

Dünya çempionatına indiyədək bu komandalar vəsiqə qazanıb:

Avropa: Rusiya (təşkilatçı), Belçika, Almaniya, İngiltərə, İspaniya

Asiya: İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

Cənubi Amerika: Braziliya

KONKAKAF: Meksika, Kosta-Rika

Afrika: Nigeriya

Son xəbərlər

Orphus sistemi