Dünya çempionatı: "Bavariya"nın yarımfinaldakı rəqibi məlum oldu

Dünya çempionatı: "Bavariya"nın yarımfinaldakı rəqibi məlum oldu Qətərdə keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Futbol
5 Fevral , 2021 00:14
Dünya çempionatı: Bavariyanın yarımfinaldakı rəqibi məlum oldu

Qətərdə keçirilən klublararası dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu təşkil olunub.

"Report"un məlumatına görə, Misirin "Əl-Əhli" klubu yerli "Əl-Duhail"i 1:0 hesabı ilə məğlub edib. "Education City" stadionunda təşkil olunmuş qarşılaşmada yeganə qolu 30-cu dəqiqədə Husseyn əl-Şahat vurub.

"Əl-Əhli" yarışa Afrika Çempionlar Liqasının son qalibi, "Əl-Duhail" isə təşkilatçı ölkənin komandası kimi qatılıb. Seçmə mərhələdə Qətər təmsilçisi Yeni Zelandiya "Oklend Siti"si ilə üz-üzə gəlməli idi. Lakin "Oklend Siti" koronavirus pandemiyası ilə əlaqədar dünya çempionatına qatılmaqdan imtina edib.

Yarımfinalda "Əl-Əhli" UEFA Çempionlar Liqasının qalibi Almaniya "Bavariya"sı, Meksika "Tiqres"i isə Braziliya "Palmeyras"ı ilə üz-üzə gələcək. Çempionata fevralın 11-də 3-cü yer uğrunda və final oyunu ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi