Dünya çempionatı: "Bavariya" finalda "Tiqres"ə rəqib oldu

Dünya çempionatı: "Bavariya" finalda "Tiqres"ə rəqib oldu Almaniya "Bavariya"sı Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında finala yüksəlib.
Futbol
8 Fevral , 2021 23:52
Dünya çempionatı: Bavariya finalda Tiqresə rəqib oldu

Almaniya "Bavariya"sı Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, UEFA Çempionlar Liqasının qalibi yarımfinalda Afrikanın ən güclüsü olmuş Misirin "Əl-Əhli" klubu ilə üz-üzə gəlib. Əl-Rayan şəhərindəki "Əhməd bin Əli" stadionunda təşkil olunmuş görüş Münhen komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu 17-ci və 85-ci dəqiqələrdə Robert Levandovski vurub.

Həlledici görüşdə "Bavariya" Meksika "Tiqres"i ilə qarşılaşacaq. Oyun fevralın 11-də keçiriləcək. Həmin gün 3-cü yer uğrunda matçda "Əl-Əhli" Braziliya "Palmeyras"ını sınağa çəkəcək.

Qeyd edək ki, "Tiqres" yarımfinalda "Palmeyras"ı 1:0 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi