“Düdelanj”- Qarabağ” oyununda təxribat baş verib

“Düdelanj”- Qarabağ” oyununda təxribat baş verib UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj”- Qarabağ” oyunu dayandırılıb.
Futbol
3 Oktyabr , 2019 23:50
“Düdelanj”- Qarabağ” oyununda təxribat baş verib

UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj”- Qarabağ” oyunu dayandırılıb.

"Report" xəbər verir ki, buna səbəb stadionda baş vermiş təxribat olub.

Belə ki, qarşılaşmanın 30-cu dəqiqəsində "Qarabağ"ın oyunçusu Miçelin rəqib qapısında ikinci qolundan sonra qondarma Dağlıq Qarabağ rejiminin bayrağı dronla stadiona gətirilib. Bundan sonra stadionda azarkeşlər, habelə oyunçular arasında gərginlik yaranıb. 

Bununla əlaqədar baş hakim Con Biton oyunu dayandırıb və oyunda fasilə elan olunub. Komandaların üzvləri meydanı tərk ediblər.

Qeyd edək ki, "Qarabağ" matçın 11-ci dəqiqəsində Abdella Zubirin, 30-cu dəqiqədə isə Miçelin vurduğu qollarla ilə hesabda 2:0 irəlidədir.

Son xəbərlər

Orphus sistemi