Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində çıxış edəcək

Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində çıxış edəcək O, Azərbaycan Qran Prisindən sonra daha bir böyük idman tədbirində səhnə alacaq
Futbol
8 May , 2018 15:40
Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində çıxış edəcək
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ “Formula 1” üzrə Azərbaycan Qran Prisi çərçivəsində Bakıda konsert verən Dua Lipa Çempionlar Liqasının final matçının açılış mərasimində də səhnə alacaq.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kosovo əsilli britaniyalı müğənni mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları arasındakı həlledici görüşdən əvvəl öz mahnılarını ifa edəcək.

“Olimpiyski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran Prisi 27 - 29 apreldə keçirilib. Üç gün ərzində ardıcıllıqla “Jamiroquai” qrupu, Kristina Agilera və Dua Lipa Bakı Kristal Zalında konsert proqramı ilə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi