Droqbanın oğlu İtaliya klubu ilə müqavilə bağladı

Droqbanın oğlu İtaliya klubu ilə müqavilə bağladı Kot d İvuar millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək
Futbol
8 Fevral , 2021 20:46
Droqbanın oğlu İtaliya klubu ilə müqavilə bağladı

Kot d İvuar millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Didye Droqbanın oğlu İsaak Droqba karyerasını İtaliyada davam etdirəcək.

"Report" xəbər verir ki, 21 yaşlı hücumçu D Seriyasında (səviyyəcə 4-cü liqa) çıxış edən "Folqorye Karateze" komandasına keçib.

Gənc forvardla imzalanmış müqavilənin detalları imzalanmayıb.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə anadan olan İsaak Droqba "Çelsi" futbol akademiyasının yetirməsidir.

Son xəbərlər

Orphus sistemi