Draqan Stoykoviç: "Heç kim Azərbaycanla oyunun mükafatı haqqında danışmır"

Draqan Stoykoviç: "Heç kim Azərbaycanla oyunun mükafatı haqqında danışmır" "İlk gündən bu vaxtadək heç kim pul soruşmayıb"
Futbol
106
23 Aprel , 2021 10:50
Draqan Stoykoviç: Heç kim Azərbaycanla oyunun mükafatı haqqında danışmır
Draqan Stoykovi

"Burada maddiyyatla bağlı sual yoxdur. İrlandiyanı məğlub etsək, nə qədər qazanacağıq, Azərbaycana qalib gəlsək, mükafat nə olacaq kimi məsələlər barədə komandada heç kim danışmır".

"Report" xəbər verir ki, bu fikirləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə oyunlarında əldə etdikləri nəticələri qarşılığında qazancları barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis futbolçuların mükafat haqqında düşünmədiklərini sözlərinə əlavə edib: "Sizə həqiqəti deyirəm: Bir-birimizi gördüyümüz ilk gündən bu vaxtadək heç kim pul soruşmayıb. Oyunçulardan heç biri "Biz nə üçün oynayırıq, final mərhələsinə vəsiqə əldə etsək, mükafat və bonuslar nədir" deməz".

Stoykoviçin fikrincə, bu, seçmə mərhələdəki çıxışlarının daha bir müsbət tərəfini göstərir: "Deyilənlərə görə, əvvəllər belə olmayıb. Maddiyyatdan önəmli heç nə yoxdur, lakin mənəvi cəhətdən patriotizm maddiyyatı üstələyir. Çünki bu, daha yüksək hədəfdir".

Qeyd edək ki, Serbiya seçməsi A qrupunda İrlandiyanı 3:2, Azərbaycanı 2:1 hesabı ilə məğlub edib, Portuqaliya ilə isə heç-heçə edib - 2:2. Hazırda bu komanda Portuqaliya ilə birgə hərəyə 7 xalla ilk 2 pilləni bölüşür.

Son xəbərlər

Orphus sistemi