Draqan Stoykoviç: "Azərbaycan millisi barədə Prosineçki ilə danışacağam"

Draqan Stoykoviç: "Azərbaycan millisi barədə Prosineçki ilə danışacağam" "Seçmə mərhələdə addım-addım irəliləyəcəyik"
Futbol
15 Mart , 2021 18:45
Draqan Stoykoviç: Azərbaycan millisi barədə Prosineçki ilə danışacağam

"Seçmə mərhələdə addım-addım irəliləyəcəyik. Əvvəlcə İrlandiya ilə Belqradda keçirəcəyimiz oyuna köklənməliyik. Həmin matçda yaxşı nəticə qazanmaq istəyirik".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç martda DÇ-2022-nin seçmə mərhələsində oynayacaqları matçlar barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, İrlandiya ilə oyundan sonra Portuqaliya və Azərbaycanla görüşlər barədə düşünmək üçün vaxt olacaq: "Rəqibləri ətraflı analiz etmək lazımdır. 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq üçün hər şeyə hazır olamlıyıq".

Stoykoviç martın 30-da Bakı Olimpiya Stadionunda baş tutacaq oyun öncəsi Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə danışacağını istisna etməyib: "Təəssüf ki, görüş azarkeşsiz keçiriləcək. Tamaşaçısız oynamaqla çox şey itiririk. Amma ikinci ildir davam edən pandemiya dövründə yaşayırıq və tədbirlər görülməlidir. Bu, bizim oyunumuzun və həyatımızın bir parçasıdır. Dövlətin tələblərinə uyğun hərəkət etməliyik".

Qeyd edək ki, Azərbaycan - Serbiya matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi