Dostu kosmosdan Bakını paylaşaraq Hondanı təbrik etdi

Dostu kosmosdan Bakını paylaşaraq Hondanı təbrik etdi O, 35 yaşlı həmyerlisinə yeni ölkədə uğurlar arzulayıb
Futbol
16 Mart , 2021 09:59
Dostu kosmosdan Bakını paylaşaraq Hondanı təbrik etdi
Keysuke Honda

"Neftçi"nin yeni transferi Keysuke Hondaya yaponiyalı kosmonavt Soiti Noqutidən mesaj gəlib.

"Report"un məlumatına görə, 55 yaşlı astronavt və aviasiya mühəndisi Hondanı Azərbaycan klubuna keçməsi münasibəti ilə təbrik edib.

O, 35 yaşlı həmyerlisinə yeni ölkədə uğurlar arzulayıb. Noquti Bakının kosmosdan görüntüsünü də paylaşıb. Öz növbəsində təcrübəli yarımmüdafiəçi həmin mesajı paylaşaraq belə cavablandırıb: "Mən kosmosdan xüsusi məlumat aldım. Sən bizim arzumuzsan. Yeri gəlmişkən, bəs Azərbaycan haradadır"?

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.

Son xəbərlər

Orphus sistemi