Dortmund "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşib

Dortmund "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşib Peter Boşla 2 illik müqavilə bağlanılıb
Futbol
6 İyun , 2017 12:09
Dortmund Borussiyasının yeni baş məşqçisi müəyyənləşib

Bakı. 6 iyun. REPORT.AZ/ Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. "Report"un Kicker"ə istinadən verdiyi məlumata görə, klub rəhbərliyi Hollandiya "Ayaks"ına Avropa Liqasında final həyəcanı yaşadan Peter Boşla 2 illik müqavilə bağlayıb.

"Borussiya" P.Boşun müqaviləsini pozması qarşılığında "Ayaks"a 3 milyon avro təzminat ödəyəcək. Onun Amsterdam təmsilçisi 2019-cu ilədək anlaşması var idi.

53 yaşlı mütəxəssis bu gün "Siqnal İduna Park" stadionunda rəsmən təqdim olunacaq. Yeni baş məşqçi istefaya göndərilmiş Tomas Tuxeli əvəzləyib.  

Qeyd edək ki, daha əvvəl "Borussiya" rəhbərliyi Fransa "Nitsa"sının baş məşqçisi Lüsyen Favra maraq göstərib. Lakin "Nitsa" rəhbərliyi L.Favrı buraxmayıb.

Son xəbərlər

Orphus sistemi