Dortmund "Borussiya"sı baş məşqçisi ilə vidalaşıb

Dortmund "Borussiya"sı baş məşqçisi ilə vidalaşıb Almaniyanın "Borussiya" (Dortmund) klubu baş məşqçisi Marko Roze ilə yollarını ayırıb.
Futbol
20 May , 2022 14:53
Dortmund Borussiyası baş məşqçisi ilə vidalaşıb

Almaniyanın "Borussiya" (Dortmund) klubu baş məşqçisi Marko Roze ilə yollarını ayırıb.

"Report" Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Almaniyalı baş məşqçi ilə yanaşı, köməkçiləri də komandanı tərk ediblər.

Qeyd edək ki, Marko Roze 2021-ci ilin fevralında "Borussiya"nın sükanı arxasına keçmişdi.

Son xəbərlər

Orphus sistemi