Doqquz futbolçu və bir məşqçi qəza nəticəsində öldü

Doqquz futbolçu və bir məşqçi qəza nəticəsində öldü Sierra Leonedə "Makkari" komandasının 9 futbolçusu və bir məşqçisi faciəvi şəkildə vəfat edib
Futbol
219
3 Mart , 2021 09:51
Doqquz futbolçu və bir məşqçi qəza nəticəsində öldü

Sierra Leonedə "Makkari" komandasının 9 futbolçusu və 1 məşqçisi yol qəzası nəticəsində vəfat edib.

"Report"un məlumatına görə, hadisə Bombali bölgəsində baş verib.

Batkanu şəhərindən Makeniyə qayıdan komandanın yer aldığı mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Ölənlərdən əlavə, 20-dən çox oyunçu hadisə nəticəsində xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.

FIFA və ali futbol qurumunun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi