İtaliyanın iki məşhur qapıçısı klublarını dəyişir

İtaliyanın iki məşhur qapıçısı klublarını dəyişir İtaliyanın "Yuventus" klubundan ayrılan Canluici Buffon "Parma"ya keçəcək.
Futbol
14 İyun , 2021 10:20
İtaliyanın iki məşhur qapıçısı klublarını dəyişir
Canluici Buffon və Canluici Donnarumma

İtaliyanın "Yuventus" klubundan ayrılan qapıçı Canluici Buffon "Parma"ya keçəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalist Nikola Skira şəxsi tvitter hesabında məlumat verib. 43 yaşlı qapıçı bu həftə B Seriyası təmsilçisi ilə müqavilə imzalayacaq.

Onun həmyerlisi, "Milan"dan ayrılan Canluici Donnaruma isə Fransanın PSJ klubu ilə müqavilə imzalayacaq. Razılaşma 2026-cı ilədək nəzərdə tutulub. İtaliya millisinin qapıçısı tibbi müayinədən iyunun 16-da Avropa çempionatının A qrupunun İtaliya - İsveçrə matçından sonra keçəcək.

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sında gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.

Son xəbərlər

Orphus sistemi