Donald Gerye: "Neftçi" və "Qarabağ" arasında fərq qoya bilmərəm"

Donald Gerye: "Neftçi" və "Qarabağ" arasında fərq qoya bilmərəm" "Baxımlı, maraqlı oyun gözləyirəm"
Futbol
110
12 Fevral , 2021 16:47
Donald Gerye: Neftçi və Qarabağ arasında fərq qoya bilmərəm
Donald Gerye

"Baxımlı, maraqlı oyun gözləyirəm. Hər iki komandada oynadığım üçün aralarında fərq qoya bilmərəm və hər ikisini dəstəkləyəcəyəm".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ" və "Neftçi"ın sabiq futbolçusu Donald Gerye bu komandalar arasında Azərbaycan Premyer Liqasının XV turunun oyunu barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, meydanda kim sonadək mübarizə aparacaqsa, o da qalib gələcək: "Son oyunda "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib. Amma bu, qarşıdakı matçın prinsipiallığını azaltmır. Hər iki komandada yaxşı futbolçular var. Güclü olan qalib gəlsin".

Fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Neftçi" qarşılaşması saat 18:30-da başlayacaq.

Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. Bu səbəbdən, Gerye 20 min ABŞ dolları məbləğində cərimə olunaraq, əvəzedici heyətə göndərilib.

Gerye 2017 - 2019-cu illərdə də "Qarabağ"da çıxış edib. Haiti millisinin üzvü 2019-cu ilin yayında "Neftçi"yə keçib və 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. Cİnah oyunçusu karyerasını Kiprin "Apollon" klubunda davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi