Donald Gerrye "Qarabağ"dan ayrılacağına dair açıqlama vermədiyini bildirib

Donald Gerrye "Qarabağ"dan ayrılacağına dair açıqlama vermədiyini bildirib "Komandadan gedəcəyim həqiqətə uyğun deyil"
Futbol
25 May , 2018 09:55
Donald Gerrye Qarabağdan ayrılacağına dair açıqlama vermədiyini bildirib
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Haiti milli komandasının futbolçusu Donald Gerrye "Qarabağ" klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

"Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram"ında belə bir müsahibə vermədiyini bəyan edib. O, Ağdam komandası ilə daha bir il müqaviləsinin olduğunu xatırladıb: "Yəni, komandadan gedəcəyim həqiqətə uyğun deyil".

Qeyd edək ki, Donald Gerrye ötən gün “Haitisporttotal” portalına açıqlamasında onunla İtaliya A Seriyasının adı açıqlanmayan klubunun maraqlandığını bildirib. Gerrye Avropanın Top-5 liqalarından birində oynaya biləcəyi ilə qürur duyduğunu vurğulayıb. O, ötən yay 2 illik müqavilə bağladığı "Qarabağ"ın heyətində 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi