Dolev Haziza: "Neftçi"yə qarşı son 10 ilin ən vacib oyunlarına çıxacağıq"

Dolev Haziza: "Neftçi"yə qarşı son 10 ilin ən vacib oyunlarına çıxacağıq" "Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi İsrailin "Makkabi" (Hayfa) klubu futbolçularına maşın bağışlayıb.
Futbol
17 Avqust , 2021 10:02
Dolev Haziza: Neftçiyə qarşı son 10 ilin ən vacib oyunlarına çıxacağıq
Dolev Haziza

"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi İsrailin "Makkabi" (Hayfa) klubu futbolçularına maşın bağışlayıb.

"Report" "Ynet" nəşrinə istinadən xəbər verir ki, Hayfa təmsilçisinin futbolçusu Dolev Haziza klubun oyunçulara diqqət ayırdığını söyləyib.

26 yaşlı yarımmüdafiəçi "Neftçi"yə qarşı keçirəcəkləri oyunlar haqqında da qısa danışıb: "Bu komandaya qarşı matçlar bəlkə də avrokuboklarda "Makkabi" üçün son 10 ilin ən önəmli qarşılaşmalarıdır".

Qeyd edək ki, avqustun 19-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Makkabi” oyunu saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra olacaq.

Son xəbərlər

Orphus sistemi