Dimitri Payet 25 milyon avroya "Marsel"ə transfer olunacaq

Dimitri Payet 25 milyon avroya "Marsel"ə transfer olunacaq "Vest Hem" Fransa klubu ilə razılığa gəlib
Futbol
29 Yanvar , 2017 18:07
Dimitri Payet 25 milyon avroya Marselə transfer olunacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ İngiltərənin "Vest Hem" futbol klubu yarımmüdafiəçi Dimitri Payetin 25 milyon avroya "Marsel"ə (Fransa) transferinə razılıq verib.

"Report" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

"Biz Payetin 25 milyon avroya "Marsel"ə satılması barədə razılığa gəldiyimizi təsdiq edirik", - deyə məlumatda bildirilir.

Payet komandasının heyətində cari mövsümdə 22 oyuna 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi