Dmitri Nazarovun çıxış etdiyi klub baş məşqçisiz qalıb

Dmitri Nazarovun çıxış etdiyi klub baş məşqçisiz qalıb 31 yaşlı mütəxəssis Bundesliqa komandasının sükanı arxasına keçib
Futbol
9 İyun , 2017 19:15
Dmitri Nazarovun çıxış etdiyi klub baş məşqçisiz qalıb

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsebirge Aue" klubu baş məşqçisiz qalıb. "Report"un məlumatına görə, Domeniko Tedesko "Şalke"nin sükanı arxasına keçib.

31 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. O, yeni vəzifədə istefaya göndərilmiş Markus Vayntsirli əvəzləyib.

Qeyd edək ki, "Şalke" ötən mövsüm Bundesliqada 43 xalla 10-cu yeri tutub. "Ertsebirge Aue" isə II Bundesliqada 39 xalla 14-cü olub və daha aşağı liqaya enmə təhlükəsindən qurtulub. 

Son xəbərlər

Orphus sistemi