Dmitri Nazarov mövsümün ən yaxşı futbolçusu seçilib

Dmitri Nazarov mövsümün ən yaxşı futbolçusu seçilib Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubunda 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib
Futbol
18 Oktyabr , 2021 17:38
Dmitri Nazarov mövsümün ən yaxşı futbolçusu seçilib
Dmitri Nazarov

Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubunda 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

"Report" "Freiepresse" nəşrinə istinadən xəbər verir ki, sorğu onlayn formada gerçəkləşib.

Səsvermədə 336 fanat iştirak edib. Bunlardan 23 faizi 31 yaşlı hücumçunu mövsümün oyunçusu adına layiq görüb. Aue təmsilçisinin qapıçısı və kapitanı Martin Mannel ikinci yeri tutub.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ertsgebirge"nin şərəfini qoruyur. 2014-cü ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə millinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi