Dmitri Nazarov: "Çox intizamlı oynadıq"

Dmitri Nazarov: "Çox intizamlı oynadıq" Oyuna nəzarəti əlimizdə saxladıq.
Futbol
23 Noyabr , 2019 12:12
Dmitri Nazarov: Çox intizamlı oynadıq

"Oyuna nəzarəti əlimizdə saxladıq".

"Report" "welt.de" saytına istinadən xəbər verir ki, bunu Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov II Bundesliqanın XIII turunda "Sankt Pauli"ni məğlub etdikləri (3:1) oyundan sonra söyləyib.

29 yaşlı yarımmüdafiəçi görüş ərzində rəqibin yalnız bir təhlükəli epizod yarada bildiyini diqqətə çatdırıb: "Çox intizamlı oynadıq və lazım olan anda qolu vurduq".

Qeyd edək ki, Dmitri Nazarov 24-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək komandasının ikinci qoluna imza atıb. Aue təmsilçisi hazırda turnir cədvəlində 23 xalla 3-4-cü yerləri bölüşdürür. 

Son xəbərlər

Orphus sistemi