Dmitri Nazarov: "Almaniya ilə oyunda stadion tam dolacaq"

Dmitri Nazarov: "Almaniya ilə oyunda stadion tam dolacaq" "Bu oyundan yaxşı heç nə ola bilməz"
Futbol
17 Mart , 2017 11:43
Dmitri Nazarov: Almaniya ilə oyunda stadion tam dolacaq

Bakı. 17 mart. REPORT.AZ/  "Almaniya ilə oyunda stadion tam dolacaq, inanılmaz atmosfer olacaq". "Report"un məlumatına görə, bunu Almaniya mətbuatına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov deyib.

II Bundesliqada çıxış edən "Aue" klubunun 27 yaşlı hücumçusu bildirib ki, Azərbaycan yığmasının 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya millisinə qarşı keçirəcəyi görüş onun üçün xüsusi önəm daşıyır. Nazarov rəqibin dünyanın ən yaxşı "11-liy"inə sahib olduğunu qeyd edib: "Biz doğma azarkeşlər qarşısında İtaliya və Xorvatiya kimi komandalara qarşı da oynamışıq. Amma bu oyundan yaxşı heç nə ola bilməz. Almaniya millisi dünya çempionatının son qalibidir və baş məşqçi Yoahim Lövün sərəncamında ən yaxşı "11-lik"lərdən biri var. Ümid edirəm ki, baş məşqçimiz Robert Prosineçki qarşıdakı oyunda mənə şans verəcək".

Azərbaycan yığmasının heyətində keçirdiyi 22 oyunda 5 qola imza atan Nazarov milli komandanın xorvatiyalı baş məşqçisi ilə daim əlaqədə olduğun söyləyib. "Aue"nin hücumçusu futbolda hər şeyin mümkün olduğunu və Almaniya ilə görüşdə bütün güclərini sərf edəcəklərini vurğulayıb.

Qeyd edək ki, Almaniya millisi martın 26-da 2018-ci il dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi