Diyeqo Kosta "Atletiko Madrid"lə müqavilə imzalayıb

Diyeqo Kosta "Atletiko Madrid"lə müqavilə imzalayıb İspan klubu futbolçuya görə "Çelsi"yə 60 milyon avro ödəyib
Futbol
27 Sentyabr , 2017 01:59
Diyeqo Kosta Atletiko Madridlə müqavilə imzalayıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Hücumçu Diyeqo Kosta İspaniyanın "Atletiko Madrid" klubu ilə müqavilə imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Madrid komandasının mətbuat xidməti məlumat yayıb.

"Atletiko" futbolçunu komandanın iştirak ərizəsinə yanvarda "qış transfer pəncərəsi" açılandan sonra daxil edə bilər.

"Marca" qəzetinin məlumatına görə, "Atletiko" Kostanın keçidinə görə "Çelsi"yə 60 mln. avro ödəyib.

Son xəbərlər

Orphus sistemi