"Dinamo"nun futbolçuları koronavirusa yoluxdu

"Dinamo"nun futbolçuları koronavirusa yoluxdu Rusiyanın Dinamo (Moskva) klubunun 3 futbolçusu koronavirusa yoluxub.
Futbol
19 May , 2020 09:39
Dinamonun futbolçuları koronavirusa yoluxdu

Rusiyanın "Dinamo" (Moskva) klubunun 3 futbolçusu koronavirusa yoluxub. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt komandasından qapıçı David Sanqare, müdafiəçi Roman Yevgenyev və hücumçu Silvestr İqbunun testi müsbət nəticələnib. Bundan başqa klubun məşqçisi Dmitri İzotov və tibbi heyətin rəhbəri Aleksey Pleskov da COVID-19 yoxlamasından keçə bilməyib. Daha əvvəl "Dinamo"da Direkorlar Şurasının sədri Yuri Solovyovda da koronavirus aşkarlanıb. 

Komandanın mayın 21-nə planlaşdırılan məşqi qeyri-müəyyən müddətək təxirə salınıb.Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. 

Qeyd edək ki, daha əvvəl "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyev və "Lokomotiv"in hücumçusu Cefferson Farfandan da koronavirus üzə çıxıb. 

Son xəbərlər

Orphus sistemi