Ukraynada Kiyev "Dinamo"su ilə Almaniya "Bavariya"sı arasında keçirilən UEFA Çempionlar Liqasının qrup matçının startı xoşagəlməz hadisə ilə yadda qalıb.
"Report"un məlumatına görə, görüşün əvvəlində meydana yarıçılpaq azarkeş daxil olub. Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal həmin fanatı meydandan kənarlaşdırıblar.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və qonaqlar Robert Levandovskinin 14-cü dəqiqədə vurduğu qolla hesabda irəlidədir - 1:0.
