Nazirlik hansı avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılacağını açıqlayıb

Nazirlik hansı avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılacağını açıqlayıb “Müəyyən avtomobillər var ki, onların stadion ərazisinə daxil olmasına icazə veriləcək. Həmin avtomobillər oyunların təşkili və keçirilməsi ilə əlaqədar ayrı-ayrı qonaqları daşıyacaqlar”.
Futbol
1402
12 İyun , 2021 12:16
Nazirlik hansı avtomobillərin Bakı Olimpiya Stadionuna buraxılacağını açıqlayıb
Elşad Hacıyev

“Müəyyən avtomobillər var ki, onların stadion ərazisinə daxil olmasına icazə veriləcək. Həmin avtomobillər oyunların təşkili və keçirilməsi ilə əlaqədar ayrı-ayrı qonaqları daşıyacaqlar”.

“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həmin avtomobillər yaradılan mühafizə, təhlükəsizlik tədbirləri ilə bağlı bir neçə yoxlamalardan keçiriləcək: “Daha sonra isə onların stadion ərazisində daxil olmasına icazə veriləcək”.

DİN rəsmisi qeyd edib ki, Bakı Olimpiya Stadionu (BOS) istiqamətinə gələn, eləcə də oyun ərəfəsində bu istiqamətdə küçə və prospektlər boyu avtomobillərin hərəkəti məhdudlaşdırılacaq: “Məqsəd piyadaların, azarkeşlərin stadiona təhlükəsiz şəkildə daxil olmasına şəraitin yaradılmasıdır”.

Son xəbərlər

Orphus sistemi