Dieqo Simeone: “Qarabağ”la dueldə aldığımız zərbədən sonra "Deportivo"ya qarşı oyunla fəxr edirəm"

Dieqo Simeone: “Qarabağ”la dueldə aldığımız zərbədən sonra "Deportivo"ya qarşı oyunla fəxr edirəm" "Atletiko"nun baş məşqçisi son 2 matçda qol vuran futbolçunu təbrik edib
Futbol
6 Noyabr , 2017 10:39
Dieqo Simeone: “Qarabağ”la dueldə aldığımız zərbədən sonra Deportivoya qarşı oyunla fəxr edirəm

Bakı. 6 noyabr. REPORT.AZ/ İspaniyanın "Atletiko" komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) IV turunda "Qarabağ"la görüş zamanı bərabərlik (1:1), La Liqanın XI turunda isə "Deportivo" ilə matçda qələbə (1:0) qoluna imza atan Tomas Parteyi təbrik edib. 

"Report" xəbər verir ki, 47 yaşlı mütəxəssis La-Korunya təmsilçisi ilə qarşılaşmadan sonra fikirlərini bölüşərkən qanalı hücumçunu tərifləyib.

Argentinalı baş məşqçi bildirib ki, komandası ötən mövsümlə müqayisədə daha yaxşı oynayır. Onun sözlərinə görə, “Atletiko” "Deportivo"ya qarşı bütövlükdə, "Qarabağ" və "Vilyarreal"a qarşı isə ikinci hissədə sərgilədiyi futbolu davam etdirsə, nəticələr daha yaxşı olacaq: “Qarabağ”la dueldə aldığımız zərbədən sonra bugünkü oyunla fəxr edirəm. Komandamız çoxlu qol imkanı yaratdı. Ötən mövsümlə müqayisədə daha yaxşı oynayırıq və 3 xal artıq toplamışıq. Bu həftə iki oyun keçirdik. Çünki ÇL-də də matçımız vardı. Nəticələr istədiyimiz kimi olmasa da, komanda irəli atıldı və yaxşı çalışır. Bütün futbolçularımın səyləri xoşuma gəldi. Tomas isə işini çox yaxşı gördü. Biz həftə boyunca çalışırıq və hər şeyin yaxşısını etməyin məsuliyyətini daşıyırıq". 

Qeyd edək ki, “Atletiko” La Liqada 23 xalla 4-cü pillədə qərarlaşıb. ÇL-də isə 4 turdan sonra “Roma” 8 xalla C qrupunun lideridir. “Çelsi” komandasının 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektiv 1/8 finala yüksələcək. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi