Dieqo Maradonanın köməkçisi istefa verdi

Dieqo Maradonanın köməkçisi istefa verdi Argentinanın "Ximnasiya və Esqrima" klubunda baş məşqçinin köməkçisi olan Sebastian Mendes istefa verib.
Futbol
27 Noyabr , 2020 10:21
Dieqo Maradonanın köməkçisi istefa verdi
0 : 00
0 : 00

Argentinanın "Ximnasiya və Esqrima" klubunda baş məşqçinin köməkçisi Sebastian Mendes istefa verib.

"Report" "La Nacion" nəşrinə istinadən xəbər verir ki, mütəxəssis baş məşqçi Dieqo Maradonanın ölümündən sonra bu addımı atıb.

Mendes Maradona xəstəxanaya yerləşdirildikdən sonra baş məşqçi vəzifəsini icra edib. O, əfsanəvi futbolçunun ölümündən sonra komandadan ayrılmağa qərar verib. "Ximnasiya və Esqrima"ya müvəqqəti olaraq Mariano Messera rəhbərlik edəcək.

Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Son xəbərlər

Orphus sistemi