Dieqo Maradona xəstəxanaya yerləşdirildiyinə dair xəbərləri təkzib edib

Dieqo Maradona xəstəxanaya yerləşdirildiyinə dair xəbərləri təkzib edib "Oyunun fasiləsində boynum möhkəm ağrıdı və huşumu itirdim"
Futbol
27 İyun , 2018 10:37
Dieqo Maradona xəstəxanaya yerləşdirildiyinə dair xəbərləri təkzib edib

Bakı. 27 iyun. REPORT.AZ/ Argentinalı sabiq futbolçu Dieqo Maradona səhhəti ilə bağlı açıqlama verib.

"Report"un məlumatına görə, ötənlərin məşhur hücumçusu şəxsi "Instagram"ında vəziyyətinin qaydasında olduğunu yazıb. O, Argentina və Nigeriya yığmaları arasındakı dünya çempionatının III tur matçı zamanı xəstəxanaya çatdırıldığına dair xəbərləri təkzib edib: "Mən xəstəxanaya yerləşdirilməmişəm. Sadəcə, oyunun fasiləsində boynum möhkəm ağrıdı və huşumu itirdim. Həkim ilk yarıdan sonra otelə qayıtmağımı məsləhət gördü. Lakin mən stadionda qalmağı qərara aldım. Axı necə gedə bilərdim? Hamını öpür və verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm".

Maradona "Sankt-Peterburq Arena"da keçirilmiş görüşdə Argentinanın qələbə topundan sonra xoşagəlməz jest edib və bu, canlı efirə düşüb. 57 yaşlı ulduz futbolçuya oyunun sonlarında həkimlərin yardımı lazım gəlib. Argentina 2:1 hesablı qələbə sayəsində 1/8 finala yüksəlib. Oyundan sonra Maradona Sankt-Peterburqdan Moskvaya uçub.

Qeyd edək ki, hazırda Dieqo Maradona Belarusun "Dinamo" (Brest) klubunun İdarə Heyətinin sədridir.

Son xəbərlər

Orphus sistemi