Dieqo Maradona Kubokunun ilk qalibi müəyyənləşdi

Dieqo Maradona Kubokunun ilk qalibi müəyyənləşdi Argentinanın "Boka Xuiniors" klubu ilk dəfə keçirilən Dieqo Maradona Kubokunun qalibi olub.
Futbol
18 Yanvar , 2021 18:23
Dieqo Maradona Kubokunun ilk qalibi müəyyənləşdi

Argentinanın "Boka Xuiniors" klubu ilk dəfə keçirilən Dieqo Maradona Kubokunun qalibi olub.

"Report"un məlumatına görə, əfsanəvi futbolçunun sabiq komandası finalda "Banfild"i üstələyib.

Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (5:3) "Boka Xuniors" kuboka sahib çıxıb.

Qeyd edək ki, turnirin daha əvvəl Liqa kuboku adlandırılacağı bildirilsə də, Mradonanın ölümündən sonra ona veteran hücumçunun adı verilib.

Son xəbərlər

Orphus sistemi