Dieqo Kosta səkkiz oyunu buraxa bilər

Dieqo Kosta səkkiz oyunu buraxa bilər Atletikonun hücumçusu Dieqo Kosta İspaniya La Liqasının 31-ci turun mərkəzi qarşılaşmasında Barselona ilə oyun zamanı hakimi təhqir etdiyinə görə turun 8 oyununu buraxa bilər.
Futbol
123
7 Aprel , 2019 11:48
Dieqo Kosta səkkiz oyunu buraxa bilər

"Atletiko"nun hücumçusu Dieqo Kosta İspaniya La Liqasının 31-ci turun mərkəzi qarşılaşmasında "Barselona" ilə oyun zamanı hakimi təhqir etdiyinə görə turun 8 oyununu buraxa bilər.

"Report" "Marca"ya istinadən xəbər verir ki, "Atletiko"nun hücumçusu hakimin ailə üzvlərini təhqir etdiyinə görə 4 oyun, qırmızı vərəqə göstərməsin deyə hakimin qolunu tutmasına görə isə daha 4 oyun meydançaya buraxılmaya bilər.

Beləliklə, əgər hər iki cəza 30 yaşlı futbolçuya qarşı tətbiq edilsə onda Dieqo Kosta bütün sezonu "Atletiko"nun oyununu kənardan izləməli olacaq. Çünki, turun bitməsinə yeddi oyun qalıb.

Qeyd edək ki, İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir. Turun mərkəzi qarşılaşmasında "Barselona" öz meydanında Madridin "Atletiko" komandasını qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Luis Suares və Lionel Messi vurublar. Matçın 28-ci dəqiqəsində "Atletiko"nun hücumçusu Dieqo Kosta hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Son xəbərlər

Orphus sistemi