Dibala: "Suriyada müharibəni dayandırın! Hər bir uşaq, mənim övladımdır"

Dibala: "Suriyada müharibəni dayandırın! Hər bir uşaq, mənim övladımdır" Futbolçu Suriya ilə bağlı aksiyaya dəstək verib
Futbol
9 Aprel , 2017 17:56
Dibala: Suriyada müharibəni dayandırın! Hər bir uşaq, mənim övladımdır

Bakı. 9 aprel. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun argentinalı hücumçusu Paulo Dibala Suriyanın bombalanmasına qarşı etiraz aksiyasına dəstək verib.

"Report" xəbər verir ki, futbolçu bunu öz "İnstagram" səhifəsində bildirib.

"Müharibəni dayandırın! Hər bir uşaq, bizim övladımızdır. Hər bir uşaq, mənim övladımdır", – deyə Dibala yazıb.

Argentinalı mətnin altına aksiyanın #EveryChildIsMyChild heşteqinin yazıldığı futbol köynəyində şəklini də paylaşıb.

Son xəbərlər

Orphus sistemi