"Mançester Yunayted"lə görüşdə PSJ-nin futbolçusuna pivə butulkası atılıb

"Mançester Yunayted"lə görüşdə PSJ-nin futbolçusuna pivə butulkası atılıb Bakı. 13 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasında İngiltərənin “Mançester Yunayted” və Fransanın PSJ komandaları arasında baş tutan 1/8 final mərhələsinin ilk matçında kuryoz hadisə baş verib.
Futbol
13 Fevral , 2019 09:59
Mançester Yunaytedlə görüşdə PSJ-nin futbolçusuna pivə butulkası atılıb

Bakı. 13 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasında İngiltərənin “Mançester Yunayted” və Fransanın PSJ komandaları arasında baş tutan 1/8 final mərhələsinin ilk matçında kuryoz hadisə baş verib.

“Report”un məlumatına görə, “Old Trafford” stadionunda baş tutan oyunun 55-ci dəqiqəsində meydan sahiblərinin azarkeşlərindən biri qonaq komandanın futbolçusu Anhel Di Mariyaya pivə butulkası alıb. Argentinalı yarımmüdafiəçi isə butulkanı yerdən qaldırıb, içmək işarəsi etdikdən sonra kənara atıb və künc zərbəsini yerinə yetirib.

Qeyd edək ki, görüş PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Di Mariya 2014/2015 mövsümündə “Mançester Yunayted”in formasını geyinib.

Son xəbərlər

Orphus sistemi