Devid Bekhemin klubunda koronavirus aşkarlandı

Devid Bekhemin klubunda koronavirus aşkarlandı ABŞ-ın MLS çempionatında çıxış edən İnter Mayami və Atlanta Yunayted klublarının futbolçularında koronavirus aşkarlanıb.
Futbol
19 İyun , 2020 09:43
Devid Bekhemin klubunda koronavirus aşkarlandı

ABŞ-ın MLS çempionatında çıxış edən "İnter Mayami" və "Atlanta Yunayted" klublarının futbolçularında koronavirus aşkarlanıb. 

"Report" liqanın rəsmi saytına istinadən xəbər verir ki, hər komandanın bir futbolçusununda test nəticəsi müsbət olub. Adları açıqlanmayan şəxslərdə xəstəlik əlamətləri olmayıb və onlar özlərini təcrid ediblər. 

Qeyd edək ki, "İnter Mayami" klubunun sahibi sabiq futbolçu Devid Bekhemdir. MLS çempionatı martda koronavirusa görə dayandırılıb, mövsümün iyulun 8-də bərpa ediləcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi