Devid Bekhem DÇ-2022-nin siması olacaq

Devid Bekhem DÇ-2022-nin siması olacaq İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.
Futbol
307
24 Oktyabr , 2021 12:41
Devid Bekhem DÇ-2022-nin siması olacaq

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının siması olacaq.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığı növbəti ay açıqlayacaq.

Hazırda ABŞ-ın "İnter Mayami" klubuna sahiblik edən 46 yaşlı keçmiş yarımmüdafiəçi bu razılaşmadan illik təxminən 18 milyon avro qazanacaq.

Tərəflər arasında müqavilə 10 illik nəzərdə tutulub. Bekhem bu müddət ərzində Qətərin səfiri olacaq.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Son xəbərlər

Orphus sistemi