Devid Bekhem bu gün məhkəmə qarşısına çıxarılacaq

Devid Bekhem bu gün məhkəmə qarşısına çıxarılacaq İngiltərənin futbol üzrə yığmasının keçmiş üzvü Devid Bekhem polisə avtomobil sürərkən qaydaları pozduğunu etiraf edib.
Futbol
19 mart 2019 00:56

İngiltərənin futbol üzrə yığmasının keçmiş üzvü Devid Bekhem polisə avtomobil sürərkən qaydaları pozduğunu etiraf edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Yığmanın keçmiş futbolçusu Londonun polis xidmətinə sükan arxasında mobil telefondan istifadə etdiyini etiraf edib.

"The Sun"ın məlumatına görə, polis Devidin sükan arxasında telefonla danışdığını hələ 2018-ci ilin noyabrında bildirib. İndi Bekhemi 200 funt cərimə6 ballıq cərimə gözləyir.

Bazar ertəsi Bekhem polisə təqsirini etiraf edib. İş üzrə məhkəmə bu gün keçiriləcək.

Daha əvvəl MLS-də çıxış edən "Los-Anceles Qelaksi" komandanın sabiq futbolçusu Devid Bekhemə qoyulan heykəlin açılışını edib.

Son xəbərlər

Orphus sistemi