Deputat: "Zəfər Kuboku gözəl təşəbbüsdür, təşkilatçılıq ürəyimcə oldu"

Deputat: "Zəfər Kuboku gözəl təşəbbüsdür, təşkilatçılıq ürəyimcə oldu" "Zəfər Kubokunun işğaldan azad olunmuş bölgələrimizin adlarını daşıyan komandaların iştirakı ilə təşkili çox gözəl təşəbbüsdür".
Futbol
16 May , 2022 10:11
Deputat: Zəfər Kuboku gözəl təşəbbüsdür, təşkilatçılıq ürəyimcə oldu

"Zəfər Kubokunun işğaldan azad olunmuş bölgələrimizin adlarını daşıyan komandaların iştirakı ilə təşkili çox gözəl təşəbbüsdür".

"Report"un məlumatına görə, bunu Milli Məclisin 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatı Aqil Məmmədov İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku haqqında danışarkən deyib.

"Qubadlı" və "Kəlbəcər" komandalarının oyununu izləyən deputat belə gözəl tədbirə dəvət olunduğu üçün təşkilatçılara təşəkkürünü bildirib: "Təşkilatçılıq çox ürəyimcə oldu. Bütün iştirakçı komandaları salamlayıram. Mən idmanı sevən insanam".

Məmmədov tədbirin məqsəd və məramının bəlli olduğunu sözlərinə əlavə edib: "Zəfər Kubokunun oyunları əlamətdar günlərə təsadüf edir. Yarımfinal oyunları 28 may - Müstəqillik günündə, final qarşılaşması isə 19 may - mərhum jurnalistimiz Elnur Əşrəfoğlunun doğum günündə keçiriləcək. Eyni zamanda bu idman növünün populyarlığı, asudə vaxtın səmərəli təşkili əsas məqsəd kimi götürülüb. Arzu edirəm ki, oyunlar yüksək səviyyədə keçirilsin. Bir-birinizi anlayaraq, yüksək oyun nümayiş etdirəcəyinə inanıram. Xüsusən ona görə ki, 12 komanda dəyərli media nümayəndələrindən təşkil olunub və nə az-nə çox - 96 jurnalist meydanda nəyə qadir olduğunu nümayiş etdirir. Arzu edirəm ki, turnir davamlı olsun və işğaldan azad olunmuş ərazilərimizdə keçirilsin.

Deputat bu yarışın 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi parlaq zəfərin şərəfinə keçirildiyini xatırladıb: "Zəfər Kuboku uğrunda media nümayəndələri mübarizə aparmaqla, yaşıl meydanda da fəallıqlarını ortaya qoyurlar. Mən turnirə uğurlar arzulayıram. İnşallah, ən güclü və daha layiqli komanda qalib gələcək".

Son xəbərlər

Orphus sistemi