Deputat: "Arzulayırıq ki, belə yarışlar azad olunmuş ərazilərdə keçirilsin"

Deputat: "Arzulayırıq ki, belə yarışlar azad olunmuş ərazilərdə keçirilsin" "Qələbə həmişə Azərbaycanladır. Arzulayırıq ki, belə bayramlar, yarışlar azad olunmuş ərazilərdəki idman strukturlarında keçirilsin və biz də orada tamaşaçı kimi iştirak edək".
Futbol
8 May , 2022 17:59
Deputat: Arzulayırıq ki, belə yarışlar azad olunmuş ərazilərdə keçirilsin

"Qələbə həmişə Azərbaycanladır. Arzulayırıq ki, belə bayramlar, yarışlar azad olunmuş ərazilərdəki idman strukturlarında keçirilsin və biz də orada tamaşaçı kimi iştirak edək".

"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda C qrupunun "Kəlbəcər" - "Laçın" oyunundan öncə deyib.

M.Abbaszadə bildirib ki, işğaldan azad olunmuş torpaqların adlarını daşıyan komandaların mübarizə apardığı yarışa qonaq kimi iştirak etmək sevindiricidir: "Bu gün "Kəlbəcər" və "Laçın" komandaları oynadılar. "Kəlbəcər" qalib gəldi, onları təbrik edirik".

Qeyd edək ki, görüş "Kəlbəcər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi