Dembele “Avro-2020”nin oyunlarını kənardan izləyə bilər

Dembele “Avro-2020”nin oyunlarını kənardan izləyə bilər Kataloniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Usman Dembele aldığı zədə səbəbindən cari mövsümün qalan hissəsini, o cümlədən qarşıdakı Avropa çempionatını kənardan izləyə bilər.
Futbol
115
12 Fevral , 2020 05:13
Dembele “Avro-2020”nin oyunlarını kənardan izləyə bilər

Kataloniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Usman Dembele aldığı zədə səbəbindən cari mövsümün qalan hissəsini, o cümlədən qarşıdakı Avropa çempionatını kənardan izləyə bilər.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Barselona”dakı mənbələrə görə, fransız futbolçunun əməliyyatdan sonra bərpa müddəti altı ay davam edəcək. 

Tibbi proqnoz öz təsdiqini taparsa, oyunçu nə bu mövsümdə, nə də “Avro-2020”nin seçmə mərhələsindəki oyunlarda yaşıl meydana çıxmayacaq. 

Son xəbərlər

Orphus sistemi