DÇ-2023: Millimizin rəqibləri bəlli oldu

DÇ-2023: Millimizin rəqibləri bəlli oldu Püşkatmaya 4-cü səbətdən qoşulan yığma Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro seçmələri ilə E qrupuna düşüb
Futbol
30 Aprel , 2021 15:59
DÇ-2023: Millimizin rəqibləri bəlli oldu

Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, püşkatmaya 4-cü səbətdən qoşulan Azərbaycan yığması Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta, Monteneqro seçmələri ilə E qrupuna düşüb.

Qeyd edək ki, seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. Dünya çempionatı 2023-cü il 10 iyul - 20 avqustda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi