DÇ-2023: Millimizin yer alacağı səbət dəqiqləşdi

DÇ-2023: Millimizin yer alacağı səbət dəqiqləşdi Kollektiv püşkatmaya 4-cü səbətdən qoşulacaq
Futbol
20 Aprel , 2021 18:45
DÇ-2023: Millimizin yer alacağı səbət dəqiqləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət müəyyənləşib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv aprelin 30-dakı püşkatmaya 4-cü səbətdən qoşulacaq.

Burada Azərbaycanla yanaşı, Slovakiya, Macarıstan, Belarus, Xorvatiya, Albaniya, Şimali İrlandiya və İsrail yığmaları da yer alıb.

Qeyd edək ki, dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi