Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə, Portuqaliya, İsveç, Rusiya və Şimali Makedoniya pley-offa vəsiqə qazanıb

Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə, Portuqaliya, İsveç, Rusiya və Şimali Makedoniya pley-offa vəsiqə qazanıb 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.
Futbol
1154
15 Noyabr , 2021 01:39
Xorvatiya, Serbiya və İspaniya DÇ-2022-yə, Portuqaliya, İsveç, Rusiya və Şimali Makedoniya pley-offa vəsiqə qazanıb

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, X turda son olaraq, A və B qruplarında 4 görüş keçirilib. Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn Serbiya millisi xallarını 21-ə çatdıraraq, 1-ci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

B qrupunda isə İspaniya Serbiyanı minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

DÇ-2022, seçmə mərhələ
X tur
14 noyabr

A qrupu

23:45. Lüksemburq - İrlandiya - 0:3

Qollar: Şeyn Daffi, 67. Çidozi Oqbene, 75. Kallum Robinson, 88

23:45. Portuqaliya - Serbiya - 1:2

Qollar: Renatu Sançiş, 2 - Duşan Tadiç, 33. Aleksandar Mitroviç, 90

Xal durumu: Serbiya - 20, Portuqaliya - 17, İrlandiya - 9, Lüksemburq - 9, Azərbaycan - 1

B qrupu

23:45. Yunanıstan - Kosovo - 1:1

Qollar: Yorqos Masuras, 44 - Amir Rrahmani, 76

23:45. İspaniya - İsveç - 1:0

Qol: Alvaro Morata, 86

Xal durumu: İspaniya - 19, İsveç - 15, Yunanıstan - 10, Gürcüstan - 7, Kosovo - 5

H qrupu

18:00. Malta - Slovakiya - 0:6

Qollar: Albert Rusnak, 6; 16, Ondrey Duda, 8; 69; 80, Vernon De Marko, 72

Qırmızı vərəqə: Rayan Kamenzuli, 47, Teddi Teuma, 51 (hər ikisi Malta)

18:00. Sloveniya - Kipr - 2:1

Qollar: Miha Zayts, 48, Adam Qnezda-Çerin, 84 - Andronikos Kakulis, 89

18:00. Xorvatiya - Rusiya - 1:0

Qol: Fyodor Kudryaşov, 81 (avtoqol)

Xal durumu: Xorvatiya - 23, Rusiya - 22, Slovakiya - 14, Sloveniya - 14, Kipr - 5, Malta - 5

J qrupu

21:00. Lixtenşteyn - Rumıniya - 0:2

Qollar: Dennis Man, 8. Nikusor Banku, 87

21:00. Şimali Makedoniya - İslandiya - 3:1

Qollar: Ezcan Alioski, 7. Elif Elmas, 65; 86 - Youn Daqur Torsteynsson, 54

Qırmızı vərəqə: İsak Berqmann Yohanesson, 79 (İslandiya)

21:00. Ermənistan - Almaniya - 1:4

Qollar: Henrix Mxitaryan, 59 (pen.) - Kay Haverts, 18, İlkay Gündoğan, 45+4 (pen.); 50. Yonas Hofmann, 64

Xal durumu: Almaniya - 27, Şimali Makedoniya - 18, Rumıniya - 17, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

22:53

2022-ci il dünya çempionatının seçmə mərhələsində daha bir qrup üzrə mübarizəyə yekun vurulub.

"Report"un məlumatına görə, J qrupundakı qarşılaşmaların yekununda pley-offa vəsiqənin sahibinə də aydınlıq gəlib. Şimali Makedoniya yığması İslandiya üzərində 3:1 hesablı qələbə sayəsində 18 xalla qrupda 2-ci yeri tutub.

Rumıniya səfərdə Lixtenşteyni 2:0 hesabı ilə yenərək, 17 xalla 3-cü, öz meydanında Almaniyaya 1:4 hesabı ilə uduzan Ermənistan isə 12 xalla 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Almaniya millisi qrup qalibi kimi DÇ-2022-yə birbaşa vəsiqəyə yiyələnib.

19:53

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun gününün 3 qarşılaşması artıq yekunlaşıb. Bu matçların hamısı H qrupunda baş tutub.

Qrupun əhəmiyyətli görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib. Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.

Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib, Sloveniya isə evdə Kipri üstələyib.

Qeyd edək ki, indiyədək Avropa zonasından Xorvatiya ilə yanaşı, Almaniya, Danimarka, Fransa və Belçika yığmaları da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi