DÇ-2022 üçün indiyədək satılmış biletlərin sayı bəlli olub

DÇ-2022 üçün indiyədək satılmış biletlərin sayı bəlli olub Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bu günədək satılmış biletlərin sayı açıqlanıb.
Futbol
18 Avqust , 2022 17:00
DÇ-2022 üçün indiyədək satılmış biletlərin sayı bəlli olub

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bu günədək satılmış biletlərin sayı açıqlanıb.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hələlik 2,45 milyon bilet sahibini tapıb.

Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Argentina, Braziliya və Almaniya azarkeşləri mundiala daha çox maraq göstərib.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi