DÇ-2022: Türkiyə Norveçə, Portuqaliya Serbiyaya qarşı

DÇ-2022: Türkiyə Norveçə, Portuqaliya Serbiyaya qarşı Bu gün keçiriləcək 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində II tura start veriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar A, E, G və H qruplarına təsadüf edəcək
Futbol
27 Mart , 2021 07:45
DÇ-2022: Türkiyə Norveçə, Portuqaliya Serbiyaya qarşı

Bu gün keçiriləcək 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində II tura start veriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar A, E, G və H qruplarına təsadüf edəcək.

Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə çıxacağı A qrupunda şərikli liderlər Serbiya ilə Portuqaliya üz-üzə gələcək. İrlandiya - Lüksemburq oyununda isə tərəflər ilk xalı qazanmağa çalışacaq.

İlk turdan sonra analoji durumun yarandığı E qrupunda Çexiya və Belçika növbəti, Belarusla Estoniya ilk xal üçün qarşılaşacaq.

Seçmə mərhələyə Niderland üzərində inamlı ev qələbəsi ilə başlamış Türkiyə Cəbəllütariqi darmadağın etmiş Norveçlə görüşəcək. Oyun İspaniyanın Malaqa şəhərində olacaq. Buna səbəb Norveçdə koronavirusla əlaqədar səfər məhdudiyyətləridir. G qrupunda Monteneqro - Cəbəllütariq və Niderland - Latviya matçları da keçiriləcək.

H qrupunda açılış oyunu ilk turu qələbə ilə başa vurmuş Rusiya və Sloveniya yığmaları arasında təşkil ediləcək. Eyni zamanda Xorvatiya Kipri, Slovakiya isə Maltanı sınağa çəkəcək.

DÇ-2022, seçmə mərhələ
II tur
27 mart

A qrupu
23:45. Serbiya - Portuqaliya
23:45. İrlandiya - Lüksemburq

Xal durumu: Serbiya - 3, Portuqaliya - 3, Lüksemburq - 0 (oyun keçirməyib), İrlandiya - 0, Azərbaycan - 0

E qrupu
21:00. Belarus - Estoniya
23:45. Çexiya - Belçika

Xal durumu: Çexiya - 3, Belçika - 3, Belarus - 0 (oyun keçirməyib), Uels - 0, Estoniya - 0

G qrupu
18:00. Monteneqro - Cəbəllütariq
21:00. Norveç - Türkiyə
21:00. Niderland - Latviya

Xal durumu: Norveç - 3, Türkiyə - 3, Monteneqro - 3, Latviya - 0, Niderland - 0, Cəbəllütariq - 0

H qrupu
18:00. Rusiya - Sloveniya
21:00. Xorvatiya - Kipr
23:45. Slovakiya - Malta

Xal durumu: Rusiya - 3, Sloveniya - 3, Slovakiya - 1, Kipr - 1, Xorvatiya - 0, Malta - 0.

Son xəbərlər

Orphus sistemi