DÇ-2022: Türkiyə Niderlandla, Fransa Finlandiya ilə qarşılaşacaq

DÇ-2022: Türkiyə Niderlandla, Fransa Finlandiya ilə qarşılaşacaq Bu gün Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start veriləcək.
Futbol
231
7 Sentyabr , 2021 07:45
DÇ-2022: Türkiyə Niderlandla, Fransa Finlandiya ilə qarşılaşacaq

Bu gün Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunacaq.

A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edəcək. Qrupun digər matçında Serbiya İrlandiyanın qonağı olacaq. Lüksemburq seçməsi ilə yoldaşlıq görüşdə Qətərlə qarşılaşacaq.

Son dünya çempionu Fransa Finlandiyanı sınağa çəkəcək. D qrupunda Bosniya və Herseqovina - Qazaxıstan oyunu da keçiriləcək.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Niderlandla üz-üzə gələcək. Bu qrupda Norveç Cəbəllütariqlə, Monteneqro isə Latviya ilə qarşılaşacaq.

DÇ-2022, seçmə mərhələ
VI tur
4 sentyabr

A qrupu

20:00. Azərbaycan - Portuqaliya

22:45. İrlandiya - Serbiya

Xal durumu: Serbiya - 10, Portuqaliya - 10, Lüksemburq - 6, İrlandiya - 1, Azərbaycan - 1

D qrupu

22:45. Bosniya və Herseqovina - Qazaxıstan

22:45. Fransa - Finlandiya

Xal durumu: Fransa - 9 (5 oyuna), Finlandiya - 5 (3), Ukrayna - 5 (5), Bosniya və Herseqovina - 2 (3), Qazaxıstan - 2 (4)

F qrupu

22:45. Danimarka - İsrail

22:45. Avstriya - Şotlandiya

22:45. Farer adaları - Moldova

Xal durumu: Danimarka - 15, İsrail - 10, Şotlandiya - 8, Avstriya - 7, Farer adaları - 1, Moldova - 1

G qrupu

22:45. Monteneqro - Latviya

22:45. Norveç - Cəbəllütariq

22:45. Niderland - Türkiyə

Xal durumu: Türkiyə - 11, Niderland - 10, Norveç - 10, Monteneqro - 7, Latviya - 4, Cəbəllütariq - 0

H qrupu

22:45. Rusiya - Malta

22:45. Slovakiya - Kipr

22:45. Xorvatiya - Sloveniya

Xal durumu: Rusiya - 10, Xorvatiya - 10, Sloveniya - 7, Slovakiya - 6, Malta - 4, Kipr - 4

Yoldaşlıq görüşü

22:45. Lüksemburq - Qətər

Son xəbərlər

Orphus sistemi