DÇ-2022: Tanınmış mütəxəssis FIFA-nın qərarını tənqid edib

DÇ-2022: Tanınmış mütəxəssis FIFA-nın qərarını tənqid edib Niderland millisinin baş məşqçisi Lui Van Qal 2022-ci il dünya çempionatını keçirmək hüququnun Qətərə verilməsini tənqid edib.
Futbol
168
22 Mart , 2022 14:06
DÇ-2022: Tanınmış mütəxəssis FIFA-nın qərarını tənqid edib

Niderland millisinin baş məşqçisi Lui Van Qal 2022-ci il dünya çempionatını keçirmək hüququnun Qətərə verilməsini tənqid edib.

"Report"un məlumatına görə, 71 yaşlı mütəxəssis "Mirror"a açıqlamasında bunun gülünc qərar olduğunu bildirib.

Onun sözlərinə görə, FİFA-nın bu addımı həmin ölkədə futbolun inkişaf etdirilməsi ilə deyil, pul və kommersiya maraqları ilə bağlıdır: "Çünki bu, ali futbol qurumu üçün vacibdir. Sizcə, niyə mən öz təcrübəmlə FİFA və ya UEFA-da heç bir komitədə yer almamışam? Çünki mən həmişə belə təşkilatların əleyhinə olmuşam. Bunu Qətərdə də deyə bilərəm, lakin bu, dünyanın problemdən qurtulmasına kömək etməyəcək".

Qeyd edək ki, noyabrın 21-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi